Nazir Məleykə Abbaszadəni BDU-ya belə təqdim etdi

Nazir Məleykə Abbaszadəni BDU-ya  belə təqdim etdi
19.11.2026 21:54 Elm və Təhsil

Bu gün Bakı Dövlət Universitetinin yeni rektoru – təhsil sahəsində mühüm fəaliyyəti ilə seçilən Məleykə Abbaszadənin kollektivə təqdimatı oldu.

TodayPress TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

"Əminəm ki, Məleykə xanımın zəngin idarəçilik təcrübəsi, təhsilimizin inkişafına verdiyi töhfələr və peşəkar fəaliyyəti BDU-nun qarşıdakı inkişaf mərhələsində mühüm rol oynayacaq.

Hörmətli Məleykə xanıma yeni vəzifəsində uğurlar arzulayıram".

Nazir, həmçinin universitetə rəhbərlik etdiyi müddətdə göstərdiyi fəaliyyətə və BDU-nun inkişafına verdiyi töhfələrə görə hörmətli Elçin Babayevə təşəkkürünü bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər