Zelenski Tramp ilə sülh planını müzakirə edəcək

Dünya

26.12.2025 14:10

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda ABŞ Prezidenti Donald Trampla görüşərək sülh planını müzakirə edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ tərəfi ilə aparılan son danışıqlar barədə onu məlumatlandırıb. Zelenski bildirib ki, yeni ildən əvvəl mühüm qərarların qəbul olunması mümkündür.

Qeyd edək ki, Ukrayna və ABŞ nümayəndələri dekabrın 19-21-də Mayamidə keçirilən görüşdə sülh razılaşmasına aid əsas məsələləri müzakirə ediblər. Ərazi məsələsi isə hələ də ən çətin mövzu olaraq qalır.

ABŞ administrasiyası yaxın 90 gün ərzində Ukraynada davamlı sülhə nail olmağın mümkün olduğunu bildirir və bu məqsədlə həm Rusiya, həm də Ukraynaya təzyiq göstərməyi planlaşdırır. Rusiya tərəfinin isə sülh planında dəyişikliklər tələb edə biləcəyi qeyd olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Zelenski,Tramp,Sülh,Plan,Todaypress.tv,