Zelenski Donbasla bağlı fikrini dəyişə bilər
Dünya
12.12.2025 14:32
Müşavir Mixaylo Podolyakın Donbasda bufer zona yaratmağa razılıq verildiyi barədə açıqlamasından sonra Prezident Volodimir Zelenski qərarını dəyişə və belə bir addıma qarşı çıxmağa hazırlaşa bilər.
TodayPress TV xəbər verir ki, bunu "Strana" nəşri yazıb.
Məlumata görə, Ukrayna ordusunun Donbasdan çıxarılmasına hazırlıq “nəzəri fikir” yox, artıq Vaşinqtona göndərilmiş real təklifdir. Zelenskinin xəbəri olmadan bu sənədin ABŞ-yə təqdim edilməsi ehtimalı çox aşağı qiymətləndirilir.
Lakin nəşr qeyd edir ki, Podolyakın açıqlamasından sonra yaranan ictimai təzyiq fonunda Zelenskinin təklifi geri götürməsi mümkündür.
Xatırladaq ki, Podolyak dekabrın 12-də Ukraynanın Donbasda hər iki tərəfdə silahsızlaşdırılmış zona yaratmağa razı olduğunu bildirmişdi.
Media ABŞ Prezidenti Donald Trampın yenilənmiş sülh planının detallarını da yayıb. Plana Ukrayna qoşunlarının Donbasdan çıxarılması, NATO-nun Kiyevi qəbul etməməsi, Ukraynada prezident seçkilərinin keçirilməsi və dondurulmuş Rusiya aktivlərinin birgə istifadəsi daxildir. Ukraynanın bu plana düzəlişləri artıq Vaşinqtona göndərdiyi bildirilir.
Jalə Rövşən
tag: Ukrayna ,ABŞ,Donbas ,Volodimir Zelenski ,Todaypress.tv,
