Yaponiya neft giqantları ilə istehlakçılar arasında vasitəçi olur
Yaponiya neft istehsalçıları ilə istehlakçıları arasında əməkdaşlığın gücləndirilməsini, xammal ehtiyatlarının artırılmasını və Asiyada enerji infrastrukturunun inkişaf etdirilməsini təklif edib. Məqsəd regionun enerji təchizatında yarana biləcək fasilələrə davamlılığını artırmaqdır.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Yaponiyanın ticarət naziri Ryosei Akazava Beynəlxalq Enerji Forumunun (IEF) nazirlər toplantısında çıxışı zamanı Yaxın Şərqdə gərginliyin artması fonunda enerji təhlükəsizliyinin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Nazirin sözlərinə görə, Yaponiya Yaxın Şərqdəki qeyri-sabitliklə əlaqədar enerji təchizatında yarana biləcək fasilələr qarşısında Asiya regionunun həssaslığını azaltmaq üçün tədbirlər görür.
Bu məqsədlə ölkənin cari ilin aprelində irəli sürdüyü POWERR Asia təşəbbüsü regionda neft ehtiyatlarının artırılmasını, təchizat zəncirlərinin möhkəmləndirilməsini və enerji resursları istehsal edən ölkələrlə əməkdaşlıq vasitəsilə fövqəladə vəziyyətlərə hazırlığın yüksəldilməsini nəzərdə tutur.
Akazava qeyd edib ki, Yaponiya Yaxın Şərqdəki neft istehsalçıları ilə Asiya ölkələri arasında əlaqələndirici rolunu oynamaq, regionlararası əməkdaşlığı gücləndirmək və qlobal enerji təchizatının sabitliyinə töhfə vermək niyyətindədir.
Qiymət Mahir