SEPAH Azərbaycanda hicab mövzusundan təbliğat vasitəsi kimi istifadə edir - FOTO
İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olduğu bildirilən “Sepah Pasdaran” kanalı "Azərbaycanda hicab qadağası"na qarşı etirazların artdığını iddia edir və bu mövzudan ölkəmiz əleyhinə təbliğat məqsədilə istifadə edir.
TodayPress TV xəbər verir ki, məlumata görə, Azərbaycanda hicabın ümumi qadağası olmadığı halda, SEPAH-a bağlı şəxslərin pul əskinaslarının üzərinə “Hicaba azadlıq!” şüarı yazdıqları, müxtəlif yerlərə bu məzmunda yazılar yerləşdirdikləri və görüntüləri çəkərək SEPAH-a göndərdikləri bildirilir.
İddialara əsasən, həmin görüntülər daha sonra Azərbaycan əleyhinə təbliğat materialı kimi istifadə olunur.
Bu fəaliyyətin məqsədinin hicab mövzusundan yararlanaraq Azərbaycanın daxili işlərinə müdaxilə etmək və ölkədə ictimai rəyi manipulyasiya etmək olduğu qeyd edilir.
