İstefadan sonra gözlənilməz dönüş: Arne Slot UEFA-da!

İstefadan sonra gözlənilməz dönüş: Arne Slot UEFA-da!
12.10.2026 17:05 İdman

"Liverpul"un sabiq baş məşqçisi Arne Slot Çempionlar Liqasının 2026/2027-ci illər mövsümü üçün UEFA-nın Texniki Müşahidəçilər Qrupuna daxil olub.

TodayPress TV xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

Slot mayın 30-da "Liverpul"dan istefaya göndərildikdən dörd ay sonra bu vəzifəyə başlayıb. O, 36 ekspertin yer aldığı qrupun tərkibində avrokuboklardakı matçları, taktiki tendensiyaları və məşqçi trendlərini təhlil edəcək, eləcə də statistika və video-materiallar əsasında texniki hesabatlar hazırlayacaq.

Qeyd edək ki, bu qrupa Erik ten Haq, Ule-Gunnar Sulşer, Qaret Sautgeyt, Tomas Frank və Rafael Benites də daxildir. Slotun yeni vəzifəsi birbaşa məşqçilik fəaliyyəti ilə bağlı deyil - o, oyunçuları idarə etməyəcək və komandanı matçlara hazırlamayacaq.

Xatırladaq ki, Arne Slot 2024-cü ildə "Liverpul"un baş məşqçisi təyin olunub və komandanı 2024/2025-ci illər mövsümündə Premyer Liqa çempionu edib. O, bundan əvvəl "Feyenoord"la Niderland çempionlugunu qazanıb və 2022-ci ildə komandanı Konfrans Liqasının finalına çıxarıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər