Son anda əldən verilən qələbə: Konkur yarışlarında gərgin mübarizə!

Son anda əldən verilən qələbə: Konkur yarışlarında gərgin mübarizə!
12.10.2026 15:15 İdman

Bakıda atçılığın konkur növü üzrə “Omar” kuboku keçirilib. 

TodayPress TV Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə müxtəlif kateqoriyalar üzrə gərgin və maraqlı mübarizə yaşanıb.

L klass yarışlarında hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə starta 19 atlı çıxıb ki, onların da 11-i məsafəni cərimə balı olmadan başa vurub. 

Anar Hümbətov “Zirvə” atı ilə yarışların qalibi olaraq “Omar” kubokuna sahib çıxıb. O, həmçinin “Məğrur” atı ilə üçüncü nəticəni göstərib. Cahangir Novruzbəylinin “Naxış” atı ilə ikinci olduğu kateqoriyada dördlüyü “Parlaq” atı ilə Seyid Musayev qapayıb.

M klass yarışlarında hündürlüyü 130-135 sm olan maneələrin dəf edilməsi üzrə 7 konkurçunun mübarizə apardığı kateqoriyada ilkin mərhələnin yekununa görə Anar Hümbətovun “Zirvə” atı 3-cü yeri tutub. Finalda isə Seyid Musayevin “Zidane D” və Kənan Novruzovun “Miss Baloubet MNM” atları gərgin mübarizə aparıblar. Novruzov son sıçrayışda ardıcıl iki maneəni aşaraq qələbəni əldən verib və ikinciliklə kifayətlənib. Bu kateqoriyada qalib adını S.Musayev qazanıb.

Namiq HUN


TodayPress TV

FOTOLAR

Son anda əldən verilən qələbə: Konkur yarışlarında gərgin mübarizə! — 1
Son anda əldən verilən qələbə: Konkur yarışlarında gərgin mübarizə! — 2
Son anda əldən verilən qələbə: Konkur yarışlarında gərgin mübarizə! — 3
Son anda əldən verilən qələbə: Konkur yarışlarında gərgin mübarizə! — 4
Son anda əldən verilən qələbə: Konkur yarışlarında gərgin mübarizə! — 5
Son anda əldən verilən qələbə: Konkur yarışlarında gərgin mübarizə! — 6
Son anda əldən verilən qələbə: Konkur yarışlarında gərgin mübarizə! — 7
Son anda əldən verilən qələbə: Konkur yarışlarında gərgin mübarizə! — 8
XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər