Baş həkim işdən çıxarıldı

Baş həkim işdən çıxarıldı
12.10.2026 16:21 Sosial

Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi Dilarə Salahova vəzifəsindən azad olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzi (BBSM) məlumat yayıb.

Bildirilib ki, o, işdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb.

BBSM-nin direktoru Nərgiz Şərifova baş həkimə səhiyyə sahəsindəki fəaliyyətinə görə minnətdarlığını bildirib və o, təşəkkürnamə ilə təltif edilib.

TodayPress TV

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər