Fəxri kürsünün ikinci pilləsi: Təcrübəli güləşçilərimizdən 3 medal!
İordaniyanın paytaxtı Ammanda güləş üzrə veteranlar arasında keçirilən dünya çempionatında Azərbaycan idmançıları uğurla çıxış edərək fəxri kürsüyə yüksəliblər.
TodayPress TV xəbər verir ki, idmançılarımız ümumilikdə üç gümüş medal əldə ediblər.
Yunan-Roma güləşində Fikrət Bağırov (70 kq) və Elgiz Məmmədov (100 kq), sərbəst güləşdə isə Elçin Həsənov (70 kq) gümüş medal qazanıb.
Bundan əlavə, yarışda Azərbaycan dörd hakimlə təmsil olunub. I dərəcəli beynəlxalq hakim Elman İsmayılov əsasən xalça rəhbəri kimi görüşlərin idarəçiliyində mühüm rol oynayıb. Milli dərəcəli referilər Əfqan Həbibov, Çinarə Cəfərova və Rəşad Abdulov isə xalçada orta hakim funksiyasını yerinə yetiriblər.
Namiq HUN