Yaponiya həyəcan təbili çaldı: Rusiya təyyarələri ölkənin hava məkanını pozdu

Yaponiya həyəcan təbili çaldı: Rusiya təyyarələri ölkənin hava məkanını pozdu
17.11.2026 09:48 Dünya

Yaponiya Müdafiə Nazirliyi Rusiyaya məxsus olduğu ehtimal edilən iki təyyarənin ölkənin hava məkanını pozduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, “Nikkei” qəzetinin Yaponiya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, hadisə Fukuoka prefekturasına daxil olan Okinoşima adası yaxınlığında, Yapon dənizi üzərində qeydə alınıb.

Yaponiya tərəfinin bildirdiyinə görə, yerli vaxtla saat 04:00 radələrində naməlum təyyarələr Yonaquni adası ilə Tayvan arasından keçərək Sakit okean istiqamətində uçub. Hadisəyə cavab olaraq Yaponiya Özünümüdafiə Qüvvələrinin qırıcıları havaya qaldırılıb.

Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi hadisəni ölkənin suverenliyinin ciddi şəkildə pozulması və milli təhlükəsizliyə təhdid kimi qiymətləndirib.

Bundan başqa, Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə Rusiyaya sərt etirazını çatdırıb və oxşar hadisələrin təkrarlanmaması üçün tədbirlər görülməsini tələb edib.

Qeyd edək ki, hadisə Tokio ilə Moskva arasında təhlükəsizlik və hava məkanı ilə bağlı gərginliyi yenidən gündəmə gətirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər