Yapon qurbağasında xərçəngə qarşı bakteriya kəşf edildi

Dünya

26.12.2025 19:00

Alimlər Yapon ağac qurbağasının bağırsaqlarından xərçəngə qarşı təsirli bakteriya kəşf ediblər.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, siçanlar üzərində aparılan sınaqlarda Ewingella americana ştammı şişləri tamamilə aradan qaldırıb və təkrarlanmasının qarşısını alıb, heç bir ciddi yan təsir göstərməyib.

Tədqiqatçılar bakteriyanın həm şiş toxumasına birbaşa zərər verdiyini, həm də immun sistemi aktivləşdirdiyini bildiriblər. Təcrübələr göstərib ki, T- və B-hüceyrələrinin fəaliyyəti, eləcə də neytrofillər artaraq bədənin xərçəng böyüməsini yatırmağa kömək edir.

Alimlər qeyd edirlər ki, nəticələr hələ yalnız klinikayaqədərki mərhələdədir və insanlarda istifadə üçün əlavə təhlükəsizlik və effektivlik testləri lazımdır.

Jalə Rövşən

TodayPress TV

tag: Qurbağa ,Yapon ağac qurbağası, Bakteriya,Tədqiqat,Todaypress.tv,