Vyanada kritik bəyanat: “Geri dönüşü olmayan nəticələr olacaq”

Vyanada kritik bəyanat: “Geri dönüşü olmayan nəticələr olacaq”
10.11.2026 01:00 Dünya

Rusiya Avropanı Moskva ilə müharibəyə hazırlıq siyasətindən əl çəkməyə çağırıb. Əks halda, geri dönüşü mümkün olmayan nəticələrin ortaya çıxa biləcəyi barədə xəbərdarlıq edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə danışıqlardakı nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova TASS-a açıqlamasında bildirib.

“Avropa ölkələri bizimlə müharibəyə hazırlıq kursundan imtina etməlidirlər. Uçurumun kənarına çatmağa cəmi bir addım qalıb və həmin uçurumdan geri qayıtmaq artıq mümkün olmayacaq”, – deyə diplomat xəbərdarlıq edib.

Jdanova Rusiyanın Avropa ilə müharibə istəmədiyini və NATO üzvü olan ölkələrə hücum etmək niyyətində olmadığını da bildirib. Onun sözlərinə görə, Moskva bu mövqeyini rəsmi sənədlə təsdiqləməyə hazırdır. Bununla belə, diplomat Avropa ölkələrinin maraqlar balansının axtarılmasında hər hansı təşəbbüs göstərmədiyini iddia edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər