Venesuelada zəlzələdən sonra bölgəyə giriş məhdudlaşdırıldı

Venesuelada zəlzələdən sonra bölgəyə giriş məhdudlaşdırıldı
27.06.2026 11:18 Dünya

Venesuelada baş verən güclü zəlzələlərdən sonra ən çox zərər görən La Guaira ştatına giriş məhdudlaşdırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Diosdado Kabello “Venezolana de Televisión” kanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, əraziyə giriş yalnız xüsusi qaydalar və qeydiyyat prosedurları əsasında mümkün olacaq. Məqsədin xilasetmə və yardım əməliyyatlarının daha effektiv aparılması olduğu qeyd edilib.

Qeyd edək ki, iyunun 24-də bir neçə saniyə fərqlə 7,2 və 7,5 bal gücündə zəlzələlər ölkədə ciddi dağıntılara səbəb olub. Hadisədən sonra fövqəladə vəziyyət elan edilib, Karakas və bir sıra bölgələrdə nəqliyyat, enerji və rabitə infrastrukturunda ciddi fasilələr yaranıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər