Vaşinqton və Tehran razılığa gələ bilmədi? - Qətərdən yayılan şayiələrə cavab

Vaşinqton və Tehran razılığa gələ bilmədi? - Qətərdən yayılan şayiələrə cavab
08.11.2026 01:10 Dünya

Qətər hakimiyyəti sosial şəbəkələrdə ölkənin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Al Taninin ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyini bildirməsi barədə yayılan məlumatları təkzib edib.

TodayPress TV xəbər verir ki, bu barədə Qətərin Beynəlxalq Media Ofisinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Qətərin Baş naziri və xarici işlər nazirinin ABŞ və İranın razılığa gələ bilmədiyini bildirməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassız və yanıldıcıdır.

Media Ofisinin məlumatına görə, Qətər hökumət başçısının açıqlamaları regionda müharibənin və qeyri-sabitliyin davam etməsindən faydalanan qüvvələr tərəfindən sistemli şəkildə təhrif edilib.

Bildirilib ki, saxta hesablar diplomatik səyləri pozmaq və gərginliyi daha da artırmaq məqsədilə bu cür iddiaları kütləvi şəkildə yayır. Qurum bu hərəkətləri son dərəcə məsuliyyətsiz adlandırıb.

Bəyanatda vurğulanıb ki, əslində, Qətərin Baş naziri hər iki tərəfin razılığa gəlmək üçün fəaliyyətini davam etdirdiyini təsdiqləyib.

Həmçinin qeyd olunub ki, Qətər vasitəçiləri davam edən danışıqlar prosesinə dəstək məqsədilə Vaşinqton və Tehranla sıx koordinasiyanı davam etdirirlər.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər