ÜST-dən "hantavirus"un yayılması ilə bağlı açıqlama - Risk nə qədərdir?

Dünya

06.05.2026 14:49

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "MV Hondius" kruiz gəmisində "hantavirus" şübhəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus sosial şəbəkə məlumat verib.

Onun sözlərinə görə, hazırda ictimai sağlamlıq üçün ümumi risk “aşağı səviyyədədir”.

ÜST gəmi operatorları ilə birlikdə sərnişin və ekipajın sağlamlığını izlədiyini, həmçinin lazım olan tibbi yardım və təxliyələrin təşkil edildiyini bildirib.

Məlumata görə, "hantavirus" şübhəsi olan 3 sərnişin gəmidən çıxarılaraq müalicə üçün Niderlanda göndərilib.

Gəmi Atlantik okeanında Argentina–Kabo-Verde marşrutu üzrə hərəkət edərkən bir neçə sərnişində ağır tənəffüs yolu simptomları aşkarlanıb.

"Hantavirus"un əlamətləri arasında yüksək hərarət, baş ağrısı, zəiflik, üşütmə, əzələ ağrıları və bəzi hallarda qızartılar qeyd olunur.

ÜST isə vəziyyətin nəzarət altında olduğunu vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: ÜST,Hantavirus,Xəstəlik,Simptom,Todaypress.tv,