Uşakov: "Rusiya hələ ABŞ-nin Ukrayna üzrə yeni planını görməyib"

Uşakov: "Rusiya hələ ABŞ-nin Ukrayna üzrə yeni planını görməyib"
12.12.2025 13:34 Dünya

Moskva Ukraynada sülh həlli ilə bağlı ABŞ-nin yenilənmiş planını hələ görməyib.

TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, Vaşinqton bu həftəsonu Avropa İttifaqı və Ukrayna nümayəndələri ilə müzakirələr aparacaq və bundan sonra sənəd Rusiyaya təqdim olunacaq.

Uşakov deyib ki, sənədlə tanış olduqdan sonra Moskvanın “bəyənməyəcəyi çox məqam” ola bilər.

Xatırladaq ki, Zelenski dekabrın 8-də planın 28 bənddən 20-yə endirildiyini açıqlamış, Donald Tramp isə sənədin artıq “dörd-beş hissəyə” bölündüyünü bildirmişdi.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər