Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü

Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü
16.06.2026 22:40 Dünya

Ukraynanın Hərbi Hava Qüvvələri (HHQ) Xmelnitski vilayətində aviaqəza faktını təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə HHQ-nin "Telegram" kanalında bəyanat yayılıb.

"İyunun 16-sı saat 19:00 radələrində Ukrayna Silahlı Qüvvələri HHQ-nin Pyotr Franko adına 7-ci taktiki aviasiya briqadasının Su-24M cəbhə bombardmançı təyyarəsi qəzaya uğrayıb. Su-24M-in ekipajı - pilot və şturman Xmelnitski vilayətində tapşırığı yerinə yetirirdi. Təəssüf ki, hər iki pilot - mayor Boqdan Zaqurlyuk və baş leytenant Boqdan Babenko - həlak olub", - bəyanatda vurğulanıb.

Qeyd olunub ki, təyyarənin düşdüyü yerdə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərir. İlkin məlumata görə, mülki əhali arasında xəsarət alan yoxdur.

Qəzanın səbəbləri araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər