Kişi voleybolunda ilk turun qalibləri bəlli oldu

Kişi voleybolunda ilk turun qalibləri bəlli oldu
24.10.2026 22:46 İdman

Kişi voleybolçuların Super Liqasında I turun oyunları başa çatıb.

TodayPress TV xəbər verir ki, turun son qarşılaşması bu gün FHN-in idman zalında keçirilib. Görüşdə “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gəlib. Qarşılaşma “Xilasedici” komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, turun nəticələrinə əsasən, “Xilasedici”, “AZERRAIL” və “ORDU” komandaları çempionata qələbə ilə başlayıblar.

Qeyd edək ki, Super Liqanın II turunun oyunları oktyabrın 28-də keçiriləcək. Növbəti turun qarşılaşmalarının təqvimi ilə bağlı əlavə məlumat veriləcək.

Super Liqa (kişilər)

I tur

24 oktyabr

“Xilasedici” - “Neftçi” 3:1 (28:26, 26:24, 23:25, 25:14)

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər