Husilərin raketləri Məkkə və Mədinə yaxınlığına düşdü
Yəməndəki “Ənsar Allah” hərəkatının husiləri tərəfindən buraxılan və Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilən iki ballistik raketin qalıqları ölkənin qərbində yerləşən Məkkə və Mədinə şəhərləri ətrafına düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.
Qurumun açıqlamasına görə, raket qalıqları Məkkə, Ciddə, Ət-Taif və Rabig də daxil olmaqla bir neçə əraziyə düşüb.
Bildirilib ki, hadisə ilə əlaqədar səlahiyyətli qurumlar nəzərdə tutulan bütün təhlükəsizlik tədbirlərini həyata keçiriblər.
Aysel Mətləb