FIFA U-15 Dünya Çempionatı: 189 ölkənin bayrağı Bakı Kristal Zalında dalğalandı - VİDEO

FIFA U-15 Dünya Çempionatı: 189 ölkənin bayrağı Bakı Kristal Zalında dalğalandı - VİDEO
24.10.2026 20:00 İdman

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının açılış mərasimində növbəti təntənəli an yaşanıb.

TodayPress TV-nin məlumatına görə, mərasimin rəsmi protokoluna uyğun olaraq, turnirdə iştirak edən 189 ölkənin dövlət bayraqları xüsusi keçidlə "Bakı Kristal Zalı"nın arenasına gətirilib.

Dünyanın dörd bir yanından gələn gənc idmançıların müşayiəti ilə reallaşan bu rəsmi parad arenadakı azarkeşlər və media nümayəndələri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Rəngarəng vizual görüntülərə səhnə olan bayraqların təqdimatı çempionatın "dünyanı birləşdirən futbol" missiyasını bir daha nümayiş etdirib.

Xatırladaq ki, bayraqların paradından dərhal sonra turnirin start matçı olan Azərbaycan – "Timor-Leste" oyunu başlayacaq

Jalə Rövşən

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər