"Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilmədi

"Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilmədi
24.10.2026 21:10 İdman

Azərbaycan Premyer Liqasının IX turunda "Neftçi" "Turan Tovuz"la qarşılaşıb.

TodayPress TV xəbər verir ki, "Palms Sports Arena"da baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Ev sahiblərinin heyətində Breno Almeyda (44), qonaqlardan isə Aleksa Yankoviç (77) adını tabloya yazdırıb.

"Neftçi" 18 xalla ikincidir. "Turan Tovuz" isə 15 xalla dördüncü sırada qərarlaşıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər