Azərbaycan-Timor-Leste matçına start verildi!
Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının rəsmi açılış mərasiminin ardından turnirin ilk görüşü başlayıb.
TodayPress TV xəbər verir ki, "Bakı Kristal Zalı"nda ("Crystal Hall") təşkil olunan start matçında Azərbaycanın U-15 milli komandası Timor-Leste yığması ilə üz-üzə gəlir.
189 ölkənin qatıldığı bu möhtəşəm turnirdə gənc futbolçularımız ilk qələbələrini qazanmaq üçün mübarizə aparırlar.
Hazırda isə dövlət başçısı, birinci xanım, ailə üzvləri və FIFA prezidenti Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyirlər.
Arena azarkeşlərinin böyük coşğusu və dəstəyi ilə başlayan qarşılaşmada təmsilçilərimizə uğurlar arzulayırıq!
Jalə Rövşən