Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başladı
Azərbaycan komandası Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında ilk oyununu keçirib.
TodayPress TV xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Timor-Leste yığması ilə üz-üzə gəlib.
Bakı Kristal Zalındakı qarşılaşma Azərbaycan seçməsinin qələbəsi ilə yekunlaşıb - 6:0.
Qolları Müşfiq Zamanov (2), Yusif Əlizadə, Həsən Məhmədov (2) və Asif Allahverdizadə vurublar.
Xatırladaq ki, U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq. Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.
***
FIFA U-15 Dünya Çempionatı və Festivalının açılış matçında Azərbaycan milli komandası rəqibini darmadağın edir.
TodayPress TV xəbər verir ki, "Bakı Kristal Zalı"nın arenasında Timor-Leste yığmasına qarşı keçirilən oyunda futbolçularımız hücum tempini bir an belə azaltmırlar.
Meydanda tam üstünlüyü ələ alan komandamız rəqib qapısına beşinci qolu vuraraq hesabı 5:0 edib.
Jalə Rövşən
***
Bakıda start götürən FIFA U-15 Dünya Çempionatı və Festivalının açılış matçında Azərbaycan milli komandası turnirdəki ilk qoluna imza atıb.
TodayPress TV-nin məlumatına görə, "Bakı Kristal Zalı"nda Timor-Leste yığmasına qarşı keçirilən gərgin qarşılaşmanın ilk dəqiqələrindən üstünlüyü ələ alan futbolçularımız azarkeşlərin böyük dəstəyi ilə hesabı açıblar.
Millimizin sürətli hücumunu məntiqli sonluqla tamamlayan yarımmüdafiəçi Müşfiq Zamanov baxımlı zərbə ilə rəqib qapısına yol tapıb. Bu dəqiq qol sayəsində U-15 yığmamız çempionatdakı ilk qol sevincini yaşayaraq hesabı 1:0 edib.
Jalə Rövşən