“Kür” Avropa Kubokunda mübarizəni dayandırdı
Kişi həndbolçulardan ibarət "Kür" komandası EHF Avropa Kubokunda cavab oyununa çıxıb.
TodayPress TV xəbər verir ki, təmsilçimiz II təsnifat mərhələsində Bosniya və Herseqovinanın "MRK Sloga Doboj" klubu ilə üz-üzə gəlib.
Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan görüş rəqibin 32:30 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında ötən gün təşkil olunan ilk matçda da Bosniya və Herseqovina klubu üstün olub - 38:26. İki oyunun nəticəsinə əsasən “Kür” Avropa Kubokunda mübarizəni dayandırıb.