FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilir - VİDEO

FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilir - VİDEO
24.10.2026 19:28 İdman

Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi başlayıb.

TodayPress TV xəbər verir ki, tədbir Bakı Kristal Zalında keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyirlər.

Bu gün start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri Bakı Kristal Zalında gerçəkləşəcək. Azərbaycan komandası bu gün saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığması ilə üz-üzə gələcək.

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər