Atçılıq üzrə çempionluğa iddialı komandalar növbəti qələbələrini qazandılar
Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə sona 2 tur qalmış çempionluğa iddialı komandalar növbəti qələbələrini qazanıblar.
TodayPress TV xəbər verir ki, “Sərhədçi” 3 xalı aktivinə çox çətinliklə yazıb.
İlk baxışdan “Şamaxı” ilə oyun onlar üçün sıravi qarşılaşmalardan sayıla bilərdi. Amma ilk hissədən sonra şirvanlıların 2 top fərqli üstünlüyü planları alt-üst edib. Yalnız ikinci hissənin debütündə “Sərhədçi” hesab arasında fərqi azaldıb, az keçməmiş bərabərliyi bərpa edib. Bundan sonra isə qələbə qazanmaq asanlaşıb, 3-2.
“Elite” klubu son vaxtlar aşkar zəifləmiş “Omar”dan güclü olub, 9-0. “Polad” “Embawood” qarşılaşması birincilərin 2-0 hesablı qələbəsi ilə başa çatıb. “Zəfər” “Atilla”nın qapısından 12 cavabsız top keçirib. “Buta Golden” yarışdan kənarlaşdığı üçün bu dəfə 6-0 hesablı texniki qələbə “Xəzər”ə verilib.
Ölkə çempionu sona bir tur qalmış müəyyən ola bilə. 17-ci turda “Sərhədçi” “Zəfər”i, “Polad” isə “Elite” klubunu məğlub edərsə sərhədçilərin çempionluğu rəsmiləşəcək.



