Krımı Rusiyaya verəcəkdilər, amma Zelenski... – GİZLİ PLAN
Ukrayna Prezidenti Volodimir Zelenski Krımın Rusiya ərazisi kimi tanınmasını və ona quru dəhlizinin yaradılmasını nəzərdə tutan sülh planını rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, 2023-cü ildə ukraynalı prodüser Aleksandr Rodnyanski və Rusiya lideri Vladimir Putinin dostu Matthias Warnig aşağıdakıları nəzərdə tutan təklif hazırlayıblar:
-Rusiya işğal olunmuş ərazilərin əksəriyyətindən qoşunlarını çıxarır, lakin Krımı və Donbasın bir hissəsini öz nəzarətində saxlayır;
-Ukrayna təhlükəsizlik zəmanətləri müqabilində Krım üzərində Rusiya nəzarətini tanıyır və yarımadaya quru dəhlizini təmin edir.
Rodnyanski planı Ukrayna rəhbərliyinə təqdim edib, lakin Zelenski və o vaxtkı Prezident Ofisinin rəhbəri Yermak bu təklifi rədd ediblər.
Aysel Mətləb