Türkiyədə avtomobil suvarma kanalına aşdı: 6 ölü
Türkiyənin Mardin şəhərinin Nusaybin rayonunda suvarma kanalına avtomobil aşıb, 4-ü uşaq olmaqla 6 nəfər həyatını itirib.
TodayPress TV xəbər verir ki, hadisə yerinə Təcili Tibbi Yardım, yanğınsöndürmə və polis qrupları göndərilib.
Qəza nəticəsində avtomobildə olan dörd şəxs hadisə yerində həyatını itirib, ağır yaralanan iki şəxs isə tibbi qruplar tərəfindən aparıldıqları xəstəxanada edilən müdaxilələrə baxmayaraq, xilas edilə bilməyiblər.
Aysel Mətləb