İordaniyada kilsəyə hücum nəticəsində ölənlərin sayı artdı

İordaniyada kilsəyə hücum nəticəsində ölənlərin sayı artdı
24.10.2026 19:03 Dünya

Əl-Kərək əyalətində pravoslav kilsəsinə silahlı hücum nəticəsində həlak olanların sayı 9-a çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə İordaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

“Hamud rayonundakı Müqəddəs Georgi kilsəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 8-dən 9-a yüksəlib”, – deyə qurumun məlumatında bildirilir.

Səhiyyə Nazirliyinin rəhbəri İbrahim əl-Bəddur xəstəxanalarda daha 27 yaralının qaldığını bildirib. Onun sözlərinə görə, yaralılardan səkkizi Əli bin Hüseyn adına Şahzadə hərbi hospitalına köçürülüb, ikisinin vəziyyəti həkimlər tərəfindən kritik qiymətləndirilir.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər