Ərdoğandan BMT-yə çağırış: "Daha ədalətli və inklüziv quruma çevrilməlidir"

Ərdoğandan BMT-yə çağırış: "Daha ədalətli və inklüziv quruma çevrilməlidir"
24.10.2026 17:46 Dünya

"BMT Təhlükəsizlik Şurasının daha ədalətli və inklüziv quruma çevrilməsi üçün islahatlara ehtiyac var".

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə müraciətində bildirib.

Ərdoğan qeyd edib ki, BMT-nin öz missiyasını tam yerinə yetirməsi üçün bütün dövlətlər təşkilatın Nizamnaməsinin prinsiplərinə əməl etməli, həmçinin onun əsas orqanlarının effektivliyini artıracaq islahatları dəstəkləməlidirlər.

Türkiyə lideri müharibələr, aclıq, yoxsulluq və iqlim dəyişikliyi kimi qlobal problemlərin mövcud olduğu bir şəraitdə BMT-nin rolunun əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bəşəriyyət müharibələrin sona çatdığı və davamlı sülhün hökm sürdüyü gələcəyə ümid edir.

Ərdoğan Qəzza zolağındakı vəziyyəti də dünyanın sülh və sabitliyə ehtiyacının göstəricisi kimi qiymətləndirib. O, bölgədəki insan tələfatının miqyasına diqqət çəkərək problemin təcili həllinin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti daha əvvəl, sentyabr ayında “Bloomberg” üçün yazdığı məqalədə də BMT Təhlükəsizlik Şurasında veto hüququnun ləğv edilməsini təklif etmişdi.

Ərdoğan hesab edir ki, Təhlükəsizlik Şurasının mövcud quruluşu müharibədən sonrakı dövrün reallıqlarını əks etdirir və müasir dünyanın daha effektiv, ədalətli və hesabatlı təmsilçilik mexanizminə ehtiyacı var. O bildirib ki, daimi üzvlərin sayının artırılması gücün az sayda ölkənin əlində cəmləşməsi problemini aradan qaldırmayacaq, əksinə, imtiyazlı sistemin əhatəsini genişləndirəcək.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər