Azərbaycan cüdoçuları Tacikistanda 3 medal qazandı

Azərbaycan cüdoçuları Tacikistanda 3 medal qazandı
24.10.2026 22:15 İdman

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə gənclər arasında Qran-Pri turnirinə start verilib.

TodayPress TV xəbər verir ki, Dünya Cüdo Turuna daxil olan yarışın ilk günündə Azərbaycan təmsilçiləri 3 medal qazanıblar.

-57 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacıyeva gümüş mükafata sahib çıxıb. Eyni çəkidə yarışan Xədicə Qədəşova və -63 kq-da çıxış edən Hanna Zaytseva isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Qeyd edək ki, turnirin ikinci günündə Azərbaycanın daha 5 cüdoçusu tatamiyə çıxacaq.

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər