Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazandı
Azərbaycanın iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, yarışın ilk günündə mübarizəyə qoşulan idmançılarda Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) buna nail olublar.
Murad Məmmədov (60 kq) və Qurban Qurbanov (82 kq) 1/4 finalda uduzublar.
Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.