Zelenskidən Rusiyaya və Çinə qarşı yeni sanksiyalar

Zelenskidən Rusiyaya və Çinə qarşı yeni sanksiyalar
24.10.2026 18:00 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Çindən olan fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

TodayPress TV xəbər verir ki, müvafiq sənədlərə əsasən, məhdudiyyətlər Rusiyadan olan 77 hüquqi şəxsə və 83 fiziki şəxsə şamil olunub.

Sanksiya siyahısına “Q.S. Petrov adına Plastik İnstitutu” və “Kometa Xüsusi Məqsədli Kosmik Sistemlər Korporasiyası” da daxil olmaqla bir sıra müəssisələr salınıb.

Bundan başqa, Çində qeydiyyatdan keçmiş iki hüquqi şəxsə qarşı da məhdudiyyətlər tətbiq edilib.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü məsələsini müzakirə ediblər. Bu məsələ ilə bağlı açıqlama verən Zelenski Rusiyaya qarşı ABŞ məhdudiyyətlərinin yumşaldılmasının bununla məhdudlaşmayacağını bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər