Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəldi

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəldi
24.10.2026 21:00 İdman

Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulub. Mərhələnin ikinci günündə Azərbaycan millisinin daha bir boksçusu adını finala yazdırıb.

TodayPress TV xəbər verir ki, Teymur Tanrıverdiyev (90 kq) Andrey Konstantinovu (Rusiya) məğlub edib – 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28). Boksçumuz finalda Riçard Ovidiu (Rumıniya) ilə qüvvəsini sınayacaq.

Nuray Qafarova (50 kq), Sadiq Xəlilov (54 kq), Sunay Əzimov (60 kq) və Rafael Abbasov (66 kq) isə bürünc medala yiyələniblər.

Beləliklə, finala vəsiqə qazanan boksçularımızın sayı 4-ə yüksəlib. Oktyabrın 25-də Teymur Tanrıverdiyevdən (90 kq) başqa, Sənan Nəsibli (52 kq), Yusif Əli (57 kq) və Sərxan Haxverdiyev (70 kq) də qızıl medal döyüşünə çıxacaqlar. Onlar müvafiq olaraq, Brodi Dau (Şotlandiya), Yeqor Jiruxin (Rusiya) və Şeyn Fyuri (İngiltərə) ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, bir gün öncə Ələkbər Məmmədli (44 kq) və Gülay Ocaqova (57 kq) da U-15 Avropa çempionatında bürünc medala sahib olub.

XƏBƏR LENTİ
24 OKTYABR 2026
Bütün Xəbərlər