Ukraynanın “cavab gecəsi”: Ryazan vuruldu

Dünya

15.05.2026 09:39

Ryazan şəhəri və Ryazan vilayəti pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, hücum nəticəsində Ryazan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatı çırpılıb.

Hadisə zamanı binada konstruksiyalar dağılıb, girişlərdən birinin çıxışı bağlanıb. Həmçinin PUA qalıqları bir neçə yaşayış binasına və müəssisələrdən birinin ərazisinə ziyan vurub.

Ryazan vilayətinin qubernatoru Pavel Malkov bildirib ki, hücum nəticəsində 3 nəfər həlak olub, 12 nəfər isə xəsarət alıb. Onun sözlərinə görə, təhlükəsizlik məqsədilə Ryazanın Oktyabr rayonu üzrə məktəb və uşaq bağçalarında dərslər ləğv edilib.

Məlumata əsasən, Ryazan şəhərində yerləşən neft emalı zavodu da hücuma məruz qalıb. Zavod ərazisində dörd yanğın ocağının müşahidə edildiyi, onlardan ikisinin isə neftin vakuum distillasiyası qurğularında baş verdiyi bildirilib.

Qeyd edək ki, Ryazan neft emalı zavodu Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir və müəssisə 2025-ci ilin noyabr ayında da Ukrayna zərbələri səbəbindən fəaliyyətini müvəqqəti dayandırmışdı.

Nicat Osmanlı

TodayPress TV

tag: Ukrayna,Rusiya,Ryazan,Zərbə,Todaypress.tv,