Ukraynadan misli görünməmiş PUA hücumu - Moskva alovlar içində - VİDEO

Ukraynadan misli görünməmiş PUA hücumu - Moskva alovlar içində - VİDEO
18.06.2026 11:41 Dünya

Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib.

TodayPress TV xəbər verir ki, son sutkada Moskva regionu üzərində 180 PUA vurulub.

Ukrayna PUA-larının hədəflərindən biri Moskvanın cənub-şərqində yerləşən Neft Emalı Zavodu olub. Belə ki, Ukrayna son üç gündə zavoda ikinci dəfə hücum edib, zavodda yanğın başlayıb.

PUA hücumundan sonra “Sadovod” ticarət mərkəzində də yanğın başlayıb.

PUA hücumu ilə bağlı Moskvanın bütün hava limanları – “Vnukovo”, “Domodedovo”, “Şeremetyevo” və “Jukovski” aeroportları fəaliyyətini dayandırıb.

Rusiya Müdafiə Nazirliyi son sutkada 555 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.

Qeyd edək ki, Ukraynanın Moskvaya kütləvi dron hücumuna görə paytaxtın hava limanlarında 500-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib.

Aviaşirkətlər sərnişinləri hava limanına gəlməməyə, biletlərini qaytarmağa və ya dəyişdirməyə çağırıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər