Ukraynadakı sülh Aİ-nin müdafiə xərclərinin artımını dayandırmayacaq
Dünya
12.12.2025 17:12
Ukrayna ilə ABŞ arasında mümkün sülh sazişinin imzalanması Avropa İttifaqının müdafiə xərclərini artırmaq planlarını dayandırmayacaq və Brüssel bu xətti davam etdirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır.
Nəşrin məlumatına görə, Aİ-nin hərbi xərclərinin artımı hələ də 2035-ci il üçün müəyyən edilən ÜDM-in 5 faizi hədəfindən xeyli uzaqdır. Belə ki, 2024-cü ildə Avrozona ölkələrində müdafiə xərcləri cəmi 1,9 faiz ÜDM səviyyəsində artıb.
“TS Lombard” iqtisadçısı Davide Onelya qəzetə açıqlamasında bildirib ki, Ukraynada sülhün bərqərar olması Avropa müdafiəsinin yenidən qurulması istiqamətində səyləri dayandırmayacaq. Onun sözlərinə görə, Avropa ölkələri Rusiyanın mümkün aqressiv addımlarından ehtiyat edir və Avropa hazırda bu cür təhlükələrə tam hazırlıqlı deyil. Bu səbəbdən də Aİ müdafiə qabiliyyətinin gücləndirilməsinə daha çox vəsait ayırmağa davam edəcək.
Qiymət Mahir
tag: Ukrayna ,ABŞ,Avropa ,Aİ,Todaypress.tv,
