Ukrayna Rusiyanın İstanbul tələblərini qiymətləndirdi
Ukrayna Rusiyanın İstanbulda irəli sürdüyü tələbləri “qeyri-real” hesab edir.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ukrayna diplomatik mənbəsinə istinadla məlumat yayıb.
Bildirilir ki, bu tələblər əvvəlki danışıqlarda razılaşdırılan mövqelərdən kənara çıxır.
2022-ci ildən bəri ilk dəfə olaraq Rusiya və Ukrayna nümayəndələri İstanbulda birbaşa danışıqlara başlayıblar. Görüşdə Ukraynanın əsas məqsədi atəşkəsə nail olmaqdır.
Türkan İsgəndərli