Ukrayna qoşunlarını Donbasdan çıxarmağa razılıq verdi
Dünya
12.12.2025 13:26
Ukraynanın ABŞ-yə təqdim etdiyi sülh planının son versiyasında Rusiya və Ukrayna qoşunlarının Donbasdan çıxarılması və bölgədə "azad iqtisadi zona"nın yaradılması nəzərdə tutulub.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Bildirilib ki, Ağ Evin mətbuat katibi Kerolin Levitt dekabrın 11-də ABŞ Prezidenti Donald Trampın Ukraynanın təklif etdiyi planı nəzərdən keçirdiyini təsdiqləyib.
Sənədin dekabrın 12-də ABŞ, Ukrayna, Fransa, Almaniya və Böyük Britaniya tərəfindən müzakirəyə çıxarılacağı gözlənilir.
Eyni zamanda, nəşrin mənbələri Rusiyanın silahsızlaşdırılmış Donbasda "azad iqtisadi zona" yaratmaq təklifini dəstəkləyəcəyinə şübhə ilə yanaşdıqlarını qeyd ediblər.
Aysel Mətləb
tag: Ukrayna,ABŞ,Donbass,Sülh,Todaypress.tv,
