Ukrayna öz nüvə silahını yarada bilər? - NATO eksperti izah etdi
NATO-nun nüvə siyasəti üzrə keçmiş direktoru Cim Stoks Ukraynanın öz nüvə silahını əldə etməsinin məqsədəuyğun addım olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Ukrinform” agentliyinə müsahibəsində danışıb.
Cim Stoks qeyd edib ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaq Ukraynanı beynəlxalq aləmdə təcrid olunmuş dövlətə çevirə və ölkənin sanksiyalarla üzləşməsi riskini artıra bilər:
“Belə bir yol o qədər də məqsədəuyğun görünmür. Vaxtı, pulu və səyləri adi müdafiəyə yönəltmək daha yaxşıdır. İmkan varsa, nüvə ittifaqının tərkibində olmaq, məsələn, NATO çərçivəsində onun mexanizmlərini gücləndirmək və ya təhlükəsizlik təminatlarının digər formalarını axtarmaq olar. Görünür, öz milli nüvə proqramını yaratmaqdan daha yaxşı variantlar mövcuddur”.
Aysel Mətləb