"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə təmsilçisinə qalib gəldi

"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə təmsilçisinə qalib gəldi
28.10.2026 22:59 İdman

Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda Türkiyənin "Denizli Basket" kollektivinə qalib gəlib.

TodayPress TV xəbər verir ki, təmsilimiz G qrupunun IV turunun oyununda 94:86 hesablı qələbəyə sevinib.

Qarşılaşma Bakı İdman Sarayında keçirilib.

Xatırladaq ki, "LANDAU Lions" əvvəlki üç görüşün hamısında məğlub olub. Erhan Tokerin baş məşqçisi olduğu komanda Danimarkanın "Bakken Birs" (88:91), İsveçrənin "Lions de Geneve" (83:105), Slovakiyanın "Prievidza" klubuna (84:108) uduzub.

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər