“ChatGPT”nin tibbi məsləhəti ölümlə bitdi: ABŞ-də faciəvi hadisə

“ChatGPT”nin tibbi məsləhəti ölümlə bitdi: ABŞ-də faciəvi hadisə
29.10.2026 06:10 Dünya

ABŞ-də “Amazon” şirkətinin 31 yaşlı əməkdaşı Bouen Van epilepsiya müalicəsini tənzimləmək üçün "ChatGPT"dən istifadə etdikdən sonra vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, qadın mütəmadi olaraq qıcolma əleyhinə dərmanlar qəbul edib. Ailəsinin bildirdiyinə görə, Bouen "ChatGPT"dən məsləhət alıb və epilepsiyanın müalicəsi ilə bağlı süni intellektin tövsiyələrinə etibar edib.

"ChatGPT" qadın üçün dərmanlardan tədricən imtina etməyə dair fərdi cədvəl hazırlayıb və ona bu dəyişikliklər barədə həkimlərə məlumat verməməyi tövsiyə edib.

Yazışmalar zamanı qadın dəfələrlə özünü pis hiss etməsindən şikayət edib. Belə ki, süni intellektlə dialoqda səhhətinin pisləşməsi ilə bağlı narahatlığını ifadə edən 158 mesaj qeydə alınıb. Buna baxmayaraq, sistem hər şeyin qaydasında olduğunu bildirməyə davam edib.

Bir müddət sonra Bouen Vanda növbəti epileptik tutma baş verib və nəticədə o, həyatını itirib.

Qadının yaxınları baş verənlərə görə “OpenAI” şirkətini məsuliyyətli hesab edirlər. Onların fikrincə, şirkətin məhsulu həkimlə məsləhətləşməyin zəruriliyi barədə müvafiq xəbərdarlıqlar etmədən tibbi məsləhətlər verib.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər