Məktəbdə çəkiliş aparan media əməkdaşları hücuma məruz qaldı, saxlanılanlar var

Məktəbdə çəkiliş aparan media əməkdaşları hücuma məruz qaldı, saxlanılanlar var
28.10.2026 22:08 Hadisə

Bu gün paytaxtın Yasamal rayonu 225 saylı məktəbdə çəkiliş edən media nümayəndələri fiziki zorakılığa məruz qalıb.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı polis tərəfindən saxlanılanlar var, araşdırma aparılır.

Qeyd edək ki, oktyabrın 28-də Yasamal rayonu 225 saylı məktəbdə 7-ci sinif şagirdi pəncərədən düşərək ölüb.

Real TV və Space TV-nin əməkdaşları hadisə ilə əlaqədar məktəbə gedib, çəkiliş apararkən bir qrup şəxsin hücumuna məruz qalıb.

Polisin müdaxiləsindən sonra insidentin qarşısı alınıb.

Hadisə nəticəsində media nümayəndələri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər