Ərdoğan və Tramp arasında telefon danışığı: Hörmüz, Ukrayna və Məkkə ittifaqı masada!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.
TodayPress TV xəbər verir ki, görüşdə Türkiyə-ABŞ ikitərəfli münasibətləri, eləcə də regional və qlobal hadisələr müzakirə olunub.
Ərdoğan Məkkə Ortaq Müdafiə İttifaqı çərçivəsində Hörmüz boğazı və Yəməndəki hadisələri yaxından izlədiklərini, problemin diplomatik yolla həll edilməsi üçün səylər göstərildiyini bildirib.
Türkiyə Prezidenti Ukrayna ilə Rusiya arasında diplomatik prosesin canlandırılması və müharibənin sona çatdırılması istiqamətində aparılan işlərə dəstək verməyə hazır olduqlarını qeyd edib.
ABŞ Prezidenti Donald Tramp isə Ərdoğanı və Türkiyə xalqını Respublika Günü münasibətilə təbrik edib. O, Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının uğurla keçməsini arzulayıb.
Aysel Mətləb