ABŞ-nin qara siyahısındakı Lavrov Amerikaya gedir

ABŞ-nin qara siyahısındakı Lavrov Amerikaya gedir
28.10.2026 23:20 Dünya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftə ABŞ-yə səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, Lavrov ABŞ-də keçiriləcək G20 (“Böyük iyirmilik”) ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

“Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək. Hazırda G20-yə ABŞ sədrlik edir. Nazirlər səviyyəsində görüş oktyabrın 30-31-də ABŞ-nin Atlanta şəhərində baş tutacaq”, – deyə Zaxarova bildirib.

Qeyd edək ki, Sergey Lavrov 2022-ci ilin fevralından ABŞ-nin fərdi sanksiyaları altındadır. Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra tətbiq edilən sanksiyalar onun ABŞ-dəki bütün aktivlərinin dondurulmasını, həmçinin Amerika vətəndaşları və şirkətlərinin onunla işgüzar əlaqələr qurmasını qadağan edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər