Qətər İranı xilas etməyə çalışır? - Böyük hücum planı
Qətər İranı nüvə proqramı ilə bağlı güzəştlərə razı salmağa çalışır.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, Qətərin rəhbərlik etdiyi vasitəçilər ABŞ-də keçiriləcək aralıq seçkilərdən sonra Vaşinqton və Təl-Əvivin İrana genişmiqyaslı zərbələr endirməsinin qarşısını almağa çalışırlar.
Təklifə əsasən, İran bombardmana məruz qalmış nüvə obyektlərinə BMT müfəttişlərinin girişinə icazə verməlidir. Bunun müqabilində Tehrana qarşı sanksiyaların qismən yumşaldılması və dondurulmuş maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi nəzərdə tutulur.
Bildirilir ki, razılaşma əldə olunmayacağı təqdirdə ABŞ və İsrail rəsmiləri İran rəhbərliyini, enerji və nüvə obyektlərini, eləcə də ölkənin infrastrukturunu hədəf alan birhəftəlik bombardman kampaniyasını gözləyirlər.
Yaxın günlərdə İranın ali rəhbəri Müctəba Xameneidən sözügedən təkliflərin təsdiqlənməsinin istəniləcəyi gözlənilir.
Kübra Musayeva