Düşmən tərəflər eyni məqsəd üçün hərəkətə keçdi
Rusiya və Ukrayna Xerson vilayətinin Oleşki şəhərinə humanitar yardımın çatdırılması məqsədilə ərazinin minalardan təmizlənməsinə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin birinci xanımı Melaniya Tramp məlumat verib.
Onun sözlərinə görə, minatəmizləmə işləri atəşkəs razılaşması çərçivəsində həyata keçirilir.
Melaniya Tramp bildirib ki, bu barədə məlumatı Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets təqdim edib.
Kübra Musayeva