Dron gəmini vurdu, Qara dənizə təhlükəli maddələr yayıldı
Bolqarıstan sahillərində ticarət gəmisinə dron hücumundan sonra təhlükəli yükləri daşıyan konteynerlər Qara dənizə səpələnib.
TodayPress TV xəbər verir ki, bu barədə “Maritime.bg” portalı məlumat yayıb.
Məlumata görə, hazırda dənizdə 20 konteyner sürüklənir.
Dənizçilər üçün yayılan bildirişə əsasən, konteynerlərdə alışan qazlar, toksik olmayan və yanmayan qazlar, tezalışan mayelər və digər təhlükəli maddələr var.
Xatırladaq ki, oktyabrın 28-də naməlum pilotsuz uçuş aparatları Bolqarıstan sahillərində “Contship Jet” konteyner gəmisinə zərbə endirib. Nəticədə gəmidə yanğın baş verib.
Aysel Mətləb