Müharibə təhlükəsi böyüyür: Tramp İrana məktub göndərdi
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Prezident Donald Trampın tapşırığı ilə İrana məktub göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Məlumata görə, məktub İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə ünvanlanıb. Məqsəd Tehranla sülh danışıqlarını yenidən başlatmaqdır.
Bildirilir ki, Vaşinqton gələn həftə ABŞ-də keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı hərbi zərbələri bərpa etmək imkanını nəzərdən keçirir.
Tərəflər arasında təmaslar konkret sülh şərtlərindən daha çox gələcək danışıqlar üçün zəmin yaradılmasına yönəlib.
Vens diplomatik razılaşma üçün kifayət qədər ortaq mövqenin olub-olmadığını müəyyənləşdirməyə çalışır. Məqsəd Trampı İrana qarşı qısamüddətli, lakin intensiv hərbi əməliyyat keçirmək qərarından çəkindirməkdir.
Bəzi amerikalı rəsmilər hesab edirlər ki, ABŞ və İsrailin zərbələrindən sonra İranda nüfuzu artan sərt xətt tərəfdarları ilə dialoq diplomatik həll imkanlarını genişləndirə bilər.
Kübra Musayeva