225 nömrəli məktəbdəki insidentlə bağlı rəsmi qurumlar hərəkətə keçdi
Bakıda 225 nömrəli tam orta məktəbin həyətində media nümayəndələrinin iştirakı ilə baş verən insident araşdırılır.
TodayPress TV xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 28-də məktəbdə baş vermiş hadisənin jurnalistlər tərəfindən işıqlandırılması zamanı yaranan insident təhsili idarəetmə qurumları tərəfindən nəzarətə götürülüb.
Hadisənin şahidi olan müəllimlərin, şagirdlərin və valideynlərin iştirakı ilə müvafiq araşdırma aparılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Qeyd olunub ki, məsələ ilə bağlı polis orqanları da araşdırma aparır. Nəticələrə əsasən, hüquqi məsuliyyət tədbirləri görüləcək.
İdarə bu cür həssas hadisələrin işıqlandırılması zamanı jurnalistləri dəqiqlik və məsuliyyət prinsiplərinə əməl etməyə çağırıb.
Xüsusilə uşaqların anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunmasının vacibliyi vurğulanıb. Şagirdlərdən müsahibə alınmasına, eləcə də onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək davranışlara yol verilməməli olduğu bildirilib.